Evergreen content — “həmişəyaşıl” məzmun deməkdir. Xəbər ya trend kimi tez köhnəlməyən, illər boyu axtarış trafiki cəlb etməyə davam edən məqalə, bələdçi və ya video.
Nümunələr:
- “SEO nədir?” — izahedici məqalə
- “E-poçt marketinqi bələdçisi”
- “Effektiv CTA yazmaq üçün 10 ipucu”
Evergreen məzmun SEO strategiyasının əsasını təşkil edir, çünki zamanla daha çox backlink qazanır.