Bounce Rate (Geri dönmə dərəcəsi) — bir ziyarətçinin sayta gəlib yalnız bir səhifəyə baxdıqdan sonra başqa heç bir əməliyyat etmədən çıxmasının göstəricisidir.
Yüksək bounce rate həmişə pis deyil — bloq məqaləsi oxuyan istifadəçi cavabını tapıb çıxa bilər. Lakin e-ticarət saytları üçün yüksək göstərici ciddi problemə işarə edir.
Orta göstəricilər:
- Bloq: 70–90%
- E-ticarət: 20–45%
- Landing page: 60–90%